#Şimali Kİpr Türk Respublikası
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Şimali Kipr Türk Respublikasının (KKTC) İctimai İşlər və Nəqliyyat Naziri Erhan Arıklı ilə görüş keçirib.
Bu haqda Türkiyə XİN-in rəsmi saytında verilən açıqlamada bildirir.
Yanvarın 19-da Lefkoşada Türkiyə ilə KKTC arasında imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Şimali Kipr Türk Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı haqqında Protokol”un təsdiq edilməsi qərara alınıb.