Bakı. AzerVoice:
Türkiyənin ticarət naziri Ömər Bolat Şimali Kipr Türk Respublikasına səfər edib.
AzerVoice xəbər verir ki, bu barədə nazir Bolat öz rəsmi X sosial media hesabında bildirib.
Məlumata əsasən, Şimali Kipr Türk Respublikasında keçirilən 12-ci Ortaq Komitə İclasından sonra Türkiyə ilə KKTC arasında bir sıra mühüm müqavilələr imzalanıb.
"Ticarət, gömrük, e-ticarət, insan resursları, azad zonalar kimi sahələrdə müxtəlif fəaliyyətləri əhatə edən "Birgə Komitə Anlaşma Memorandumu", "Əməkdaşlıq Protokolu" və "KKTC-yə İdxal olunan Məhsulların Təftişi üzrə Əməkdaşlıq Protokolu" vasitəsilə ticarət əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağı hədəfləyirik. Bu səfərlə KKTC-nin davamlı inkişafına və iqtisadi müstəqilliyinə töhfə verməyi hədəfləyirik.İki ölkə arasında ticari və iqtisadi əlaqələri gücləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik", - deyə o qeyd edib.
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun


