#Kuba

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib. Vladimir Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.

Peskov Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı Cenevrə şəhərində aparılan üçtərəfli məsləhətləşmələrə də toxunaraq bildirib ki, müzakirə olunan məsələlərin açıqlanması düzgün olmaz. Onun sözlərinə görə, danışıqların aralıq nəticələrini qiymətləndirmək hələ tezdir və Rusiya Prezidenti Vladimir Putinə birbaşa məlumat verilir.

ABŞ Prezidenti Donald Tramp Kuba ilə danışıqların aparıldığını bəyan edib. Ağ Evin rəhbəri Kubanı Vaşinqtonla razılaşma əldə etməyə çağırıb və ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda humanitar fəlakət riski olduğunu vurğulayıb. Onun sözlərinə görə, embarqo qüvvədə qalır, ölkədə neft və maliyyə çatışmazlığı mövcuddur.

Kuba hökuməti bazar ertəsi AFP-yə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə "ünsiyyətdə" olduqlarını, lakin rəsmi danışıqların hələ başlamadığını bildirib. Xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio müsahibəsində qeyd edib ki, hazırda tərəflər arasında tammiqyaslı dialoqdan söz açmaq mümkün olmasa da, iki hökumət arasında müəyyən əlaqə kanalları mövcuddur. Bu açıqlama Donald Trampın bazar günü verdiyi bəyanatdan sonraya təsadüf edir. Tramp ABŞ-ın Kubanın "ən yüksək səviyyəli rəsmiləri" ilə danışıqlar apardığını və tezliklə bir razılaşma əldə olunacağını gözlədiyini iddia etmişdi. De Kossio isə ölkəsinin humanitar böhranın qarşısını almaq üçün dialoqa hər zaman açıq olduğunu təkrar vurğulayıb.

ABŞ-ın Kubaya qarşı iqtisadi təzyiqləri artdıqca ölkə əhalisi gündəlik həyatda ciddi çətinliklərlə mübarizə aparmağa məcbur qalır. Xüsusilə yanacaq qıtlığı vəziyyəti daha da ağırlaşdırıb. Əvvəlcə Venesuela, sonra isə Meksika Kubaya neft tədarükünü dayandırıb. ABŞ prezidenti Donald Tramp isə Kubanı neftlə təmin edən ölkələrə qarşı rüsum tətbiq ediləcəyini açıqlayıb.

ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib. "Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.

Kuba Prezidenti Migel Diaz-Kanel bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları ölkəsinə qarşı hər hansı təcavüzə əl atarsa, bunun Vaşinqton üçün ağır "nəticələri" olacaq. Diaz-Kanel bazar ertəsi yayımlanan televiziya çıxışında qeyd edib ki, "təcavüzün qarşısını almağın ən yaxşı yolu imperializmi ölkəmizə hücum edəcəyi təqdirdə ödəyəcəyi bədəli hesablamağa məcbur etməkdir. Bu isə birbaşa bizim bu cür hərbi əməliyyatlara hazırlıq səviyyəmizlə bağlıdır".

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın blokada tətbiq etdiyi Kubaya enerji dəstəyini və humanitar yardımları davam etdirəcəklərini bəyan edib. Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında çıxış edən Şeynbaum Venesueladan enerji sevkiyatı kəsilən və çətin günlər keçirən Kubaya həmrəylik mesajı verib. Meksika lideri ölkəsinin xarici siyasətinin qardaşlıq prinsiplərinə əsaslandığını və Kuba xalqı üçün daha yaxşı şəraitin yaradılmasına hər zaman töhfə verməyə hazır olduqlarını vurğulayıb. O qeyd edib ki Meksikanın göndərdiyi neftin həcmi ümumi hasilatın çox kiçik bir hissəsini təşkil etsə də bu addım mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.

On ildən artıq bir müddətdə Nikolas Maduro Latın Amerikasının ən dərin siyasi, sosial və iqtisadi böhranlarından birinə rəhbərlik edir. O, 2013-cü ildə Uqo Çavesdən prezidentliyi təhvil aldıqda Venesuela hələ də inqilab dilindən, sosial transformasiya vədlərindən bəslənirdi. Amma bu gün ölkə repressiya, kütləvi miqrasiya və dövlət institutlarının çökməsi ilə üzləşib. Buna baxmayaraq, Maduro hakimiyyətdə qalır. Bəs cazibəsi olmayan, iqtisadiyyatı çökmüş bir ölkəni idarə edən bir liderin hakimiyyətdə qalmasının sirri nədir? Cavab populist performansın, avtoritar nəzarətin və praqmatik uyğunlaşmanın qarışığında gizlənir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.