Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.
#Türk Dövlətləri Təşkilatı (TDT)
Naxçıvan Sazişi və “Türk Dünyası Vizyonu – 2040” dövlətləri ortaq məqsədlər ətrafında birləşdirir və bu çərçivədə hüquqi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ədliyyə Nazirləri 2-ci Toplantısında çıxış edərək, hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi üçün zəruridir.
18 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Fondun prezidenti Aktotı xanım Raimkulova Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ötən 15 il ərzində Akademiya Türk dünyasının tarixi, dili, mədəniyyəti və mənəvi irsinin araşdırılmasını prioritetə çevirərək, bu sahədə aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.
2025-ci ilin oktyabrında Qəbələ artıq növbəti Türk Dövlətləri Təşkilatının (TDT) sammiti üçün sadəcə gözəl bir dekorasiya deyildi. Şərqi Avropada davam edən müharibə, ABŞ ilə Çin arasındakı rəqabət, sanksiya qarşıdurmaları və qlobal energetika sisteminin yenidən formalaşması fonunda bu kiçik Qafqaz şəhərində ilk dəfə yeni geosiyasi xəritə aydın şəkildə görünməyə başladı.
2025-ci il noyabrın 23-26-da ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Noyabrın 3-də Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi Günü kimi elan edilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasından bildirilib ki, seçilmiş tarix 1893-cü ilin əlamətdar bir günü ilə əlaqəlidir. Məhz həmin gün danimarkalı alim Vilhelm Tomsen “Orxon” yazılarını – türk dillərinin ümumi köklərini üzə çıxaran ən qədim yazılı abidələri oxuyub deşifrə edib.
Müasir Türkiyə Respublikası, I Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin nəticəsində 1923-cü ildə qurulub. Bu gün Respublikamızın 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun!
Oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.
Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına əminəm. Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.
Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.