#Türk Dövlətləri Təşkilatı (TDT)

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

7 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü çərçivəsində baş tutan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Yaxın perspektivdə biz Türkdilli Dövlətlərin Təşkilatı çərçivəsində ticarət, sahibkarlıq və qarşılıqlı investisiyalar üçün əlverişli şərait, hüquqi baza və infrastruktur təmin edəcək yeni iqtisadi imkanlar məkanının yaradılmasının tərəfdarıyıq. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

BAKI,AzerVoice Qırğızıstan Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesinin irəliləyişinə verdiyi töhfəni yüksək qiymətləndirir. AzerVoice xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsinin xarici siyasəti bölgədə sabitliyi təmin etmək prinsipi üzərində qurulub və bunun üçün bir neçə əsas şərt mövcuddur. “Birincisi, müharibə və münaqişələri mümkün qədər sakitləşdirmək və ya dayandırmaq. İkincisi, iqtisadi əməkdaşlığı ədalətli şəkildə inkişaf etdirmək ki, hər kəs fayda götürsün. Üçüncüsü, əlaqələri və regional qurumları institusional səviyyədə möhkəmləndirmək lazımdır ki, onlar daha davamlı olsun,” – Fidan qeyd edib.