5 noyabrda Baş nazir Əli Əsədov Bakıda TDT üzv ölkələrin əmək və sosial müdafiə nazirləri ilə görüşüb.
#Türk Dövlətləri Təşkilatı (TDT)
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir. "Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq" adı ilə keçirilən iclasda Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak edir.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) "Xəritəçilik İşçi Qrupu"nun 2-ci iclası keçirilir. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edəcək.
Dezinformasiyanın və saxta xəbərlərin qarşısının alınması Azərbaycan üçün prioritet istiqamətdir. Bunu Bakıda Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.
İclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edir.
MSK sədri Qırğızıstana səfər edib.
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya keçirilir. Panel sessiya CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilir.
Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilir. İclasda ilk olaraq açılış nitqi ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov çıxış edəcək. Daha sonra isə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocamanın da çıxışı gözlənilir.
Ötən gün Bakı TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumuna ev sahibliyi edib. Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək, "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə keçiriləcək.
Yeganə Azərbaycan-Türkiyə mediaplatforması olan “DHApress.com” genişmiqyaslı rəqəmsal transformasiya həyata keçirərək xəbərlərin hazırlanması prosesində süni intellekt texnologiyalarının tətbiqinə başlayıb. Bu, D-8 və Türk Dövlətləri Təşkilatı ölkələrindən bir çox KİV-in bu layihəyə qoşulmasına imkan yaradacaq.
Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin (TÜRKSAI) yaradılması ilə bağlı keçirilmiş toplantıda iştirak etmək məqsədilə İstanbul şəhərinə səfər edib. Toplantının açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb. Metin Yenər ortaq keçmişə, köklərə və dəyərlərə malik ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib.