#Türk Dövlətləri Təşkilatı (TDT)

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı bu gün Antalyada keçiriləcək. Toplantının əsas məqsədi TDT ölkələri arasında xarici siyasət koordinasiyasının gücləndirilməsi və aktual regional, eləcə də qlobal məsələlərin müzakirəsidir. Gündəlikdə xüsusilə Qəzzadakı vəziyyət və İranla bağlı proseslər ön plana çıxır.

Antalyada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq. Məlumata əsasən, bu il forum “Gələcəyin formalaşdırılmasında qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr olunub.

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türk Dövlətləri Təşkilatının fövqəladə hallara cavab mexanizminin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib. Qazaxıstanın fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev Senatın plenar iclasında bildirib ki, saziş üzv dövlətlər arasında fəlakətlərə operativ reaksiya verilməsi və zərər çəkmiş ölkələrə könüllü yardım göstərilməsi üçün birgə mexanizm yaradacaq.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində TDT Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirlyiinin "X" hesanında paylaşım edilib. Bildirilib ki, görüşdə, mövcud regional təhlükəsizlik vəziyyəti, xüsusən də İranın Azərbaycana qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumları müzakirə edilib.

Yanvarın 12-dən 15-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Türk Həftəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri, beynəlxalq qurumları və diplomatik missiyaları bir araya gətirərək Türk Dünyasının qlobal nüfuzunu nümayiş etdirəcək. Proqram Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində təşkil olunacaq “İpək Yolunda Türk Dünyası” adlı fotoqrafiya sərgisi başlayacaq. Türk Akademiyası və TDT-nin əməkdaşlığı ilə keçirilən bu sərgi ortaq tarixi mirası və qlobal əlaqələrdəki köklü rolu əks etdirəcək.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.