#Suriyada Əsəd rejiminin devrilməsindən sonra dövlətin bərpa prosesi necə gedir?

Bir il əvvəl Bəşşar Əsəd rejiminin devrilməsi Suriyada yeni siyasi səhifənin başlanğıcı oldu. Lakin beynəlxalq və regional müzakirələr hələ də təhlükəsizlik məsələləri və sanksiyaların yumşaldılması üzərində cəmlənir. Elə bil Suriyanın gələcəyi yalnız hərbi balans və iqtisadi təzyiq mexanizmləri ilə müəyyənləşir.Halbuki belə yanaşma ölkədə gedən dərin və sistemli dönüşümlərin miqyasını izah etmir və əsas sualı açıq qoyur: illərlə dağılmış idarəetmə strukturlarını və parçalanmış cəmiyyəti necə yenidən dövlət halına gətirmək olar?