#İrlandiya

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İsrailin işğal olunmuş Fələstin ərazilərindəki məskənlərindən idxal olunan məhsullara mümkün qadağanı müzakirə edəcəklər. Müzakirələr Brüsseldə keçiriləcək və əsas məqsəd belə bir addıma Aİ daxilində kifayət qədər dəstəyin olub-olmadığını müəyyənləşdirməkdir. Aİ rəhbərliyi məskənlərlə ticarətin məhdudlaşdırılması üçün bir neçə variant təqdim edib. Üzv ölkələr arasında qərarın yekdilliklə, yoxsa səs çoxluğu ilə qəbul olunması məsələsində fikir ayrılığı qalır. İrlandiya, Niderland və İspaniya artıq İsrail məskənlərinə qarşı bəzi ticarət məhdudiyyətləri tətbiq edib. Məsələ İsrail-Fələstin münaqişəsi fonunda Aİ-nin xarici siyasət gündəmində mühüm mövzulardan birinə çevrilib.

İrlandiya–Qətər futbol oyunu zamanı Fələstinə dəstək məqsədilə keçirilən etiraz aksiyası qarşılaşmanın gedişinə təsir göstərib. Etirazçılar meydana Fələstin bayrağı təsvir edilmiş tennis topları atıb, tribunada isə müharibəyə etiraz məzmunlu bannerlər nümayiş etdiriblər. İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson hər kəsin etiraz hüququna malik olduğunu desə də, aksiyanın oyunun axarına mənfi təsir göstərdiyini bildirib. Hadisə idman və siyasi etirazlar arasındakı sərhədlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Helen McEntee Almaniya kansleri Fridrix Merts tərəfindən Ukrayna üçün təklif edilən “ortaq üzvlük” modelinin müəyyən risklər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib. McEntee bildirib ki, Avropa İttifaqına üzvlük məsələsində bütün namizəd ölkələrə eyni prinsiplərlə yanaşılmalı və iki mərhələli sistem formalaşdırılmamalıdır.

Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib. Görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub. Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Makqreqor 2018-ci ildə qadına qarşı zorakılıq ittihamı ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiyanı uduzmuşdu. Məhkəmə ona 250 min avro təzminat və 1,3 milyon avro məhkəmə xərclərini ödəməyi məcburi etmişdi. Bundan sonra idmançı konstitusiyaya dəyişiklik edilməsi üçün petisiya başladaraq, məhkumluğuna baxmayaraq prezidentliyə namizəd olmaq istəyini gündəmə gətirmişdi.

Beynəlxalq səviyyədə qırmızı bültenlə axtarılan altı, milli səviyyədə axtarılan iki cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib. Beynəlxalq səviyyədə axtarılan şəxslər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan gətirilib. Onların müxtəlif cinayətlər - qəsdən adam öldürmə, uşaq istismarı, qanunsuz azadlıqdan məhrum etmə, saxta sənəd hazırlama, fırıldaqçılıq, qəsdən xəsarət yetirmə, yol-nəqliyyat hadisəsi nəticəsində ölüm və yaralanmaya səbəb olma, həmçinin narkotik maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı axtarıldığı bildirilib.

Fidan İrlandiyaya səfəri çərçivəsində baş nazirin müavini, xarici işlər, ticarət və müdafiə naziri Saymon Harris ilə görüşəcək. İki nazir ən son 20 fevral 2025-ci ildə Yohannesburqda keçirilən G20 Sammitində bir araya gəlmişdi. Səfər zamanı Türkiyə ilə İrlandiya arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, ticarət, iqtisadiyyat və mədəni əlaqələrin inkişafı müzakirə olunacaq. Fidan, 2026-cı ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə işarə edərək, qarşıdakı dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və birgə tədbirlərin artırılmasının vacibliyini vurğulayacaq. O, həmçinin İrlandiyanın 2026-cı ilin ikinci yarısında Avropa İttifaqına sədrliyi dövründə Türkiyə-Aİ əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlı gözləntilərini ifadə edəcək.