Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.
#Astana
Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.
Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya rəsmi səfər edəcək.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi üçün zəruridir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasıym-Jomart Tokayevə Özbəkistanın ən yüksək dövlət mükafatı olan Yüksək Dərəcəli Dostluq ordenini təqdim edib. Mirziyoyev çıxışında bu jestin yalnız Tokayevə deyil, bütün Qazaxıstan xalqına olan dərin hörmətin ifadəsi olduğunu qeyd edib.
Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.
Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanan sənədlər tərəflər arasında investisiya və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Astana şəhərində keçirilən Azərbaycan–Qazaxıstan Biznes Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Azərbaycanın KOB evi modeli ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.
Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. Bunu Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib. İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirib: "Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq".