Livanın Mədəniyyət Nazirliyi ölkənin tarixi və mədəni irs obyektlərinə qarşı həyata keçirilən hücumlarla bağlı narahatlığını ifadə edib. Nazirlik xüsusilə Sur şəhərinin dünya mədəni irsinin mühüm hissəsi olduğunu vurğulayaraq bu ərazilərin qorunmasının beynəlxalq məsuliyyət daşıdığını bildirib. Açıqlamada Livanın cənubunda yerləşən və minilliklərə söykənən tarixə malik Sur şəhərinin, eləcə də digər tarixi abidələrin təhlükə altında olduğu qeyd edilib. Nazirlik bəzi hücumlar nəticəsində tarixi obyektlərin zərər gördüyünü bildirərək beynəlxalq təşkilatları vəziyyətə müdaxilə etməyə çağırıb. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Sur şəhərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Rəsmi Beyrut hesab edir ki, mədəni irsə qarşı yönələn hər hansı təhlükə ümumbəşəri dəyərlərə qarşı təhlükə kimi qiymətləndirilməlidir.
#Beynəlxalq təşkilatlar
Livanın Səhiyyə Nazirliyinin açıqladığı son statistikaya görə, martın 2-dən bəri davam edən hücumlar nəticəsində ölkədə ölənlərin sayı 3 637 nəfərə çatıb. Eyni zamanda 11 188 nəfərin yaralandığı bildirilir. Rəsmi məlumatlarda həlak olanlar və yaralananlar arasında mülki şəxslərin də olduğu qeyd edilir. Ən ağır vəziyyət əsasən Livanın cənub bölgələrində müşahidə olunur. Livan hakimiyyəti humanitar və təhlükəsizlik problemlərinin davam etdiyini bildirərkən, beynəlxalq təşkilatlar mülki əhalinin qorunması və gərginliyin azaldılması üçün çağırışlarını artırırlar. Bölgədə davam edən hadisələr humanitar vəziyyətin daha da mürəkkəbləşməsi ilə bağlı narahatlıqları gücləndirir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu bildirib ki, son bir həftə ərzində Livanda hər 24 saatda orta hesabla 11 uşaq öldürülüb və ya yaralanıb. Qurumun açıqlamasına görə, İsrailin atəşkəsə baxmayaraq ölkə ərazisində hava zərbələrini genişləndirməsi nəticəsində son yeddi gündə ümumilikdə 77 uşaq həyatını itirib və ya müxtəlif dərəcəli xəsarətlər alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib. Baş nazirinin müavini ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.
Qərbi Azərbaycan İcmasının təşəbbüsü və təşkilatçılığı ilə “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq onlayn-hibrid konfrans keçirilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT), növbəti Baş katibin müəyyən edilməsi üçün seçki prosesinə rəsmi şəkildə start verib. BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurası, üzv dövlətlərə namizədlərini təqdim etmələri üçün birgə məktub göndərib. BMT Baş Assambleyasının Prezidenti Annalena Baerbock açıqlamasında bildirib ki, o və Təhlükəsizlik Şurasının cari sədrliyini həyata keçirən Syerra-Leonenin BMT Daimi Nümayəndəsi Maykl İmran Kanu məktubu imzalayaraq üzv ölkələrə təqdim ediblər.