#İslam alimləri orqan bağışlanması barədə yeni hökmləri açıqladı

İslam dini insan həyatının toxunulmazlığına xüsusi önəm verir və həm öz həyatına qıymağı, həm də başqasının həyatına son qoymağı böyük günah sayır. Qurani-Kərimdə bir insanı xilas etməyin bütün bəşəriyyəti xilas etməyə bərabər olduğu bildirilir. Məhz buna görə orqan nəqli məsələsi həm tibbi, həm də dini baxımdan son dərəcə həssas bir mövzudur.