#Sadır Japarov

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün səfər edən Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ali səviyyədə əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.

Qırğızıstanın cənubundakı Cəlalabad bölgəsinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adının Manas olaraq dəyişdirilməsi qərarının qüvvəyə minməsindən sonra, şəhəri simvolizə edən “Cəlalabad” yazılı köhnə loqo sökülüb və yerinə “Manas” yazılı yeni loqo yerləşdirilib. Şəhərin yuxarı hissəsində keçirilən mərasimdə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, yerli rəhbərlər və çoxsaylı sakinlər iştirak ediblər.

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

BAKI,AzerVoice Qırğızıstan Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesinin irəliləyişinə verdiyi töhfəni yüksək qiymətləndirir. AzerVoice xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin sürətli rəqəmsal inkişafını təmin etmək, rəqəmsal bərabərsizliyi aradan qaldırmaq və yeni telekommunikasiya texnologiyalarını tətbiq etmək məqsədilə fərman imzalayıb. Fərmana əsasən, “Qeyri-geostasionar peyk sistemlərindən istifadə üzrə pilot layihə” rəsmi olaraq işə salınır.

Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə qadınlara və uşaqlara qarşı ağır cinayətlərə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun dəyişikliyi təklif edib. 27 sentyabrda Issık-Kul gölü yaxınlığında 2008-ci il təvəllüdlü Aysuluu adlı yeniyetmə qız itkin düşmüş, daha sonra onun meyiti Jel-Arık kəndi yaxınlığında tapılmışdı.

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib. Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi səfəri çərçivəsində bu gün, 22 avqustda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra mühüm sənədlərə imza atılıb. Dövlət başçıları “2025–2027-ci illər üçün Qazaxıstan–Qırğızıstan əməkdaşlığının kompleks planı” haqqında Yuxarı Dövlətlərarası Şuranın qərarını təsdiqləyiblər.

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüş keçirib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, xüsusilə mədəni-humanitar və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.