#Turkey

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:16-da baş verib. Bildirilib ki, zəlzələnin ocağı yerin 5,48 kilometr dərinliyində yerləşib. İlkin məlumata əsasən, zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

ABŞ, Qətər, Türkiyə və Misir rəsmiləri Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələsini müzakirə etmək üçün cümə günü Mayamidə bir araya gələcək. Məlumata görə, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Qətər, Misir və Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə danışıqlar aparacaq. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Qətərdən baş nazir Məhəmməd bin Əbdülrəhman Al-Tani, Misirdən isə xarici işlər naziri Bədr Əbdülati iştirak edəcək.