#Türkiyə və Cənubi Koreya arasında AES layihəsi üzrə danışıqlar davam edir

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Cənubi Koreya arasındakı ikitərəfli ticarət həcminin 2025-ci il etibarilə 11 milyard dollara çatdığını açıqlayıb. Türkiyə-Cənubi Koreya İqtisadi və Texniki Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclasında çıxış edən nazir iki ölkə arasındakı münasibətlərin sadəcə iqtisadi deyil, həm də Koreya Müharibəsindən gələn tarixi qardaşlıq bağlarına dayandığını vurğulayıb. O bildirib ki, gələn il diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü qeyd olunacaq və bu, tərəfdaşlığın daha yüksək mərhələyə daşınması üçün mühüm məsuliyyət yaradır.