#ABŞ hücumdan xəbərdar idi? Netanyahunun bəyanatı şok yaratdı

İsrail bazar günü Beyrutun cənub qəsəbəsi olan Dahiyəni hədəfə alan hücum həyata keçirdi. Nəticədə bir nəfər həyatını itirdi, 21 nəfər yaralandı. Livan prezidenti Cozef Aun bu hücumu “İsrailin təcavüzü dayandırmaq çağırışlarına məhəl qoymadığının növbəti sübutu” adlandırdı. O qeyd etdi ki, “Livan artıq bir ilə yaxındır ki, düşmənçilik fəaliyyətlərini dayandırıb”, beynəlxalq ictimaiyyəti isə “öz məsuliyyətini üzərinə götürməyə və Livana qarşı təcavüzün dərhal dayandırılması üçün ciddi müdaxilə etməyə” çağırdı.