#ABŞ-İran qarşıdurması

Körfəz regionu, bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasındakı müharibə ilə bağlı sürətlə artan hərbi gərginlik fonunda olduqca həssas bir mərhələdən keçir. Tehranın son həftələrdə bir neçə ərəb ölkəsinə doğru atdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) regional gərginlikdə yeni bir səhifə açaraq, regionun təhlükəsizliyini görünməmiş bir sınaq qarşısında qoyub.

İranın kəşfiyyat naziri İsmayıl Xətib “düşmənlərin” ölkə daxilində iğtişaş yaratmağa və ya ali dini lider Ayətullah Əli Xamenei-yə qarşı sui-qəsd təşkil etməyə çalışdıqları barədə sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ artıq “rejim dəyişikliyi” strategiyasından “təzyiq vasitəsilə cilovlama” siyasətinə keçib və regionda hərbi mövcudluğunu genişləndirir.