#Messi performansı

MLS Şərq Konfransının yarımfinal qarşılaşmasında Inter Mayami səfərdə Cincinnati-ni 4:0 hesabı ilə məğlub edərək konfrans finalına vəsiqə qazanıb. Matçın əsas qəhrəmanı isə yenə komandanın ulduzu Lionel Messi olub. Görüşün 19-cu dəqiqəsində hesabı Lionel Messi açaraq oyuna nəzarəti Inter Mayaminin ələ keçirməsinə şərait yaradıb. İkinci hissədə isə argentinalı superulduz parlaq çıxışını davam etdirərək üç qol ötürməsi (asist) ilə komandasının hücum xəttini idarə edib.