#meşə yanğını

Kanada, ölkə üzrə təxminən 6.9 milyon hektar ərazinin kül olduğu, son illərin ən şiddətli meşə yanğınlarından biri ilə mübarizə aparır. Kanadanın Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğınları Mərkəzi (CIFFC) ölkədəki meşə yanğınlarına dair son məlumatları açıqlayıb. Buna görə, əsasən Britaniya Kolumbiyası, Alberta və Saskaçevan əyalətlərində olmaqla, ölkə üzrə təxminən 740 meşə yanğını aktiv vəziyyətdədir.

Fransanın cənubundakı Aude bölgəsində başlayan meşə yanğını 39,5 min hektardan çox ərazini məhv edib. İspaniya sərhədi yaxınlığında alovlanan yanğın Paris şəhərinin ümumi sahəsindən böyük əraziyə yayılıb. Hadisə nəticəsində azı bir nəfər həlak olub, 13 nəfər yaralanıb, üç nəfər isə itkin düşüb. Fransanın baş naziri Fransua Bayru yanğını “görünməmiş miqyaslı fəlakət” adlandırıb. Alovların söndürülməsinə 2100-dən çox yanğınsöndürən və bir neçə xüsusi təyyarə cəlb olunub. Cümə axşamından etibarən əraziyə hərbi qüvvələr də yerləşdiriləcək.

Tokatda baş verən meşə yanğınının nəzarət altına alınması üçün işlər davam etdirilir. Məlumata görə, yanğının səbəbi hələ məlum deyil. Külək nəticəsində yanğın sürətlə yayılıb.

Fransanın cənubundakı Od departamentində, tarixi Ribot şəhəri yaxınlığında meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün böyük qüvvələr səfərbər olunub. Hadisə yerinə 430-dan çox yanğınsöndürən cəlb edilib. Yanğınsöndürmə işləri ilə əlaqədar bölgədəki yollar bağlanıb.

Bolqarıstanın Harmanlı bölgəsində meşə yanğını baş verib. Səlahiyyətlilər yanğının söndürülməsi üçün çalışıldığını bildiriblər. Bolqarıstanın Harmanlı bölgəsində meşə yanğını baş verib. Səlahiyyətlilər yanğının söndürülməsi üçün çalışıldığını bildiriblər.

ABŞ-ın Kaliforniya ştatında yerləşən Los Padres Milli Meşəsində avqustun 3-də başlayan meşə yanğını sürətlə yayılaraq nəzarətdən çıxıb. Yanğın indiyədək 12 min hektardan çox ərazini əhatə edib və hadisə yerindən təxminən 70 nəfər təxliyə olunub.

Portuqaliya hökuməti ölkənin mərkəzi və şimal bölgələrində temperaturun kəskin artması və artan yanğın riski səbəbindən ən yüksək hazırlıq rejimini elan edib. Hər iki ölkədə yüzlərlə yanğınsöndürən və texnika səfərbər olunub, bəzi bölgələrdə meşə ərazilərinə giriş qadağan edilib.