#Pakistan

Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.

Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən silahlı toqquşmalar regionda sabitliyi təhlükə altına salıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, şənbə günü Pakistan təhlükəsizlik qüvvələrinə qarşı “Dürand xətti boyunca uğurlu hərbi əməliyyat” həyata keçirilib. Qurumun sözçüsü Ənəyətullah Xavarəzmi qeyd edib ki, əməliyyat “Pakistan ordusunun hava zərbələrinə cavab olaraq” keçirilib və gecəyarısı başa çatıb, lakin “əgər Əfqanıstan ərazisi yenidən pozularsa, silahlı qüvvələr qətiyyətlə cavab verəcək”.

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində terror aktı törədilib. Məlumata görə, partlayıcı maddə yerləşdirilmiş avtomobillə həyata keçirilən hücumda təhlükəsizlik qüvvələrinin qərargahı hədəf alınıb. Pakistan rəsmiləri ilkin məlumatlara əsasən, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildiriblər.

İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”

İran, Çin, Pakistan və Rusiya xarici işlər nazirləri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan mövzusunda dördtərəfli görüş keçirib və birgə bəyanat qəbul ediblər. Rusiyanın təşəbbüsü ilə keçirilən toplantıda nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə edərək, ölkənin müstəqil, vahid və sabit dövlət olaraq qalmasının vacibliyini vurğulayıblar.