#Vahid Cəfərov

Vahid Əziz oğlu Cəfərov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, tanınmış şair və ictimai xadim Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli və səmərəli fəaliyyətinə, mədəni həyatda göstərdiyi xidmətlərə görə yüksək dövlət mükafatına layiq görülüb.