#Mayk Hakabi

Livan ilə İsrail arasında keçirilən danışıqların üçüncü raundu bu gün Vaşinqton şəhərində başlayır. Danışıqlar regionda artan gərginlik və davam edən qarşıdurmalar fonunda keçirilir. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrailin son hava hücumları nəticəsində 22 nəfər həyatını itirib. Ölənlər arasında 8 uşağın olduğu bildirilib.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Qərbi İordan sahilində fələstinlilərə qarşı zorakılığa yol verən yəhudi qruplarını “terrorçu” adlandırıb. Times of Israel portalının məlumatına görə, səfir ABŞ telekanalına müsahibəsində hadisələrdə iştirak edənlərin “əsl məskunlaşanlar deyil, bölgəyə kənardan gələrək zorakılıq törədən azsaylı qruplar” olduğunu bildirib.