İnkar edilməz bir həqiqətdir ki, ümmətin üzləşdiyi ən dəhşətli problemlərdən biri də qəbirpərəstlikdir. Məscidləri buraxıb insanların qəbirlərə üz tutmasıdır . Keçən dəfə bir araşdırma yazımda təvəssül məsələsinə təmas etmişdim. Hətta buna cəvaz verənlər belə insanların qəbirlərə axın etməyə təşviq etməmişlər. Qəbir sahiblərinə ( saleh olduğu zənn edilsə belə ) Allaha üz tutar şəkildə üz tutmağı qadağan etmişlər. Xüsusi ilə özünü əhli sünnə məzhəbinə aid edənlər insanların qəbirlərə səcdə etməsini, onları öpməsini və onlar qarşısında təzəllül etməyi ( zəlil və boynu bükük bir şəkildə dayanmağı ) qadağan etmişlər. Qəbirsevərlik bir sıra hallarda əqidənin bulanıq hala gəlməsinə və şirkə gətirib çıxarmışdır.