#Türkiyənin xarici ticarət dövriyyəsi

2025-ci ilin iyul ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1 faiz artaraq 3 milyon 388 milyon 585 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,6 faiz artaraq, 23 milyard 164 milyon 319 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 4 milyard 901 milyon 803 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyul aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 34 milyard 435 milyon 140 min dollar təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin D -8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,7 faiz azalaraq 823 milyon 377 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin D -8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 5 milyard 636 milyon 988 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin D -8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azalaraq 1 milyard 188 milyon 872 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin iyul ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,9 faiz artaraq 1 milyard 35 milyon 230 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,5 faiz artaraq, 6 milyard 127 milyon 469 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 616 milyon 37 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin iyul ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artaraq 6 milyard 996 milyon 842 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 6,4 faiz artaraq, 41 milyard 132 milyon 946 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 3 milyard 466 milyon 831 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 321 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyul ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11 faiz artaraq 24 milyard 938 milyon dollar, idxalı isə 5,4 faiz artaraq 31 milyon 383 min dollar olub. “Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 368 milyard 537 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib. Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyul ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 156 milyard 317 milyon dollara, idxalı isə 6,9 faiz artaraq 212 milyard 220 milyon dollar olub.

Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub.

Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb. Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

2025-ci ilin iyun ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 316 milyon 913 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,9 faiz artaraq, 19 milyard 775 milyon 106 min dollar olub.

2025-ci ilin iyun ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,1 faiz azalaraq 800 milyon 797 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,2 faiz artaraq, 5 milyard 93 milyon 718 min dollar olub.

2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.