#Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkədə Banqladeş xarici işlər naziri Xalilur Rəhman ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxış edərək rohinya müsəlmanları probleminin uzunmüddətli, ədalətli və dayanıqlı şəkildə həll olunması üçün Ankara tərəfindən beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparıldığını bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin xarici işlər naziri Cho Hyun ilə görüşüb. Diplomatik mənbələrin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Səfər çərçivəsində Hakan Fidan Seul şəhərində yerləşən Koreya Respublikasının Hərbi Memorialı kompleksini də ziyarət edərək abidə önünə əklil qoyub.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsinə qatılmağı planlaşdırır. Fidan ABŞ-ın siyasi bəyanatlara baxmayaraq NATO-ya bağlılığını davam etdirdiyini və ittifaqdan çıxmaq planlarına dair heç bir göstərici olmadığını vurğulayıb. O bildirib ki, ABŞ müttəfiqləri müdafiə xərclərini artırmağa və öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa davamlı təzyiq edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətini tanıyacağı təqdirdə region ölkələrinin iştirakı ilə yaradılması nəzərdə tutulan əməkdaşlıq platformasına qoşula bilər. Onun sözlərinə görə, belə bir mexanizm Yaxın Şərqdə uzunmüddətli sabitliyin və təhlükəsizlik əməkdaşlığının əsasını qoya bilər. Fidan qeyd edib ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Körfəz ölkələrinin iştirak edə biləcəyi platformaya gələcəkdə İranın da qoşulması mümkündür. Açıqlama regionun gələcək təhlükəsizlik arxitekturası və İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə səsləndirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqlarla bağlı nikbin açıqlama verib. Fidanın sözlərinə görə, ABŞ-İran müharibəsində diqqət hazırda Hörmüz boğazına yönəlib. O qeyd edib ki, boğazın faktiki blokadası həm Vaşinqton, həm də Tehran üçün ciddi təzyiq yaradır və bunun beynəlxalq təsirləri olduqca böyükdür.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı İran və ABŞ arasında davam edən danışıqların gedişatını müzakirə ediblər. Bildirilib ki, telefon danışığı zamanı regional məsələlər və diplomatik proseslərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Türkiyənin ev sahibliyi ilə iyulun 7–8-də Ankara şəhərində keçiriləcək NATO sammitinə hazırlıq məsələləri, Alyans daxilində birlik və əməkdaşlıq, müdafiə sənayesinin gücləndirilməsi, istehsal imkanlarının artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və müdafiə xərclərinin hərbi imkanlara çevrilməsi kimi mövzular geniş müzakirə olunacaq.

Hakan Fidan Qətərin xarici işlər naziri Məhammed bin Əbdulrəhman Al Tani ilə keçirdiyi birgə mətbuat konfransında İsrailin yayılma siyasətinin region üçün əsas təhlükəsizlik və sabitlik problemi olaraq qaldığını bildirib. Məlumata görə, Türkiyə XİN rəhbəri Körfəz bölgəsində yaşanan gərginliyin Qəzza məsələsini gündəmdən çıxarmamalı olduğunu vurğulayıb.

Məlumata görə, Hakan Fidan ilk olaraq Qətər əmiri Təmim bin Həməd Al Tani tərəfindən qəbul edilib. Görüşdə Türkiyədə keçirilməsi planlaşdırılan Yüksək Strateji Komitə toplantısının hazırlıqları da nəzərdən keçirilib. Qeyd olunub ki, görüşlərdə Qəzza, Livan və İsrail-Fələstin məsələləri də əsas gündəm mövzularından biri olub. Türkiyə və Qətər bölgədə sabitliyin qorunması və humanitar vəziyyətin diqqətdə saxlanmasının vacibliyini vurğulayıblar.