#Körfəz ölkələri ilə əlaqələr

Qətərin sabiq Baş naziri Şeyx Həməd bin Casim Al Tani Yaxın Şərqdə baş verən son müharibələrin təsadüfi eskalasiya deyil, regionu yenidən formalaşdırmağa yönəlmiş uzunmüddətli geosiyasi strategiyanın nəticəsi olduğunu bəyan edib. O, “Al Jazeera” telekanalına verdiyi geniş müsahibədə İsrailin bölgədəki siyasəti, Hörmüz boğazında yaranan böhran və artan təhlükəsizlik riskləri ilə bağlı diqqətçəkən açıqlamalar səsləndirib.

Səudiyyə Ərəbistanı Livan hakimiyyətinin son aylarda krallığa narkotik qaçaqmalçılığının qarşısını almaqda “səmərəli fəaliyyətini” nəzərə alaraq, yaxın vaxtlarda Beyrutla ticarət əlaqələrini gücləndirməyi planlaşdırır. Bu barədə cümə axşamı yüksək vəzifəli səudiyyəli rəsminin açıqlamasına Livan tərəfi məmnunluqla reaksiya verib.