Qış mövsümünə təsadüf edən Ramazan ayı sağlamlıq və qidalanma baxımından xüsusi planlama tələb edir. Mütəxəssislər bildirirlər ki, xüsusilə həzm sistemi həssas olan şəxslər, o cümlədən qıcıqlanmış bağırsaq sindromundan (İBS) əziyyət çəkənlər üçün mərhələli hazırlıq və düzgün qida seçimi böyük əhəmiyyət daşıyır. Klinik dietoloq Amal Althayed Ramazandan əvvəl “ağıllı və mərhələli hazırlığın” vacibliyini vurğulayır. O, oruc başlamazdan 1–10 gün əvvəl axşam yeməyini tədricən gecikdirməyi və gündüz porsiyalarını azaltmağı tövsiyə edir. Bu üsul orqanizmin bioloji saatının və həzm sisteminin yeni rejimə uyğunlaşmasına kömək edir.
#Ramazan 2026
ABŞ-də Ramazan və Qurban bayramlarını müsəlmanlar üçün rəsmi tətil kimi qəbul edən ilk ştat olan Vaşinqtonda Ramazan ayı da rəsmi şəkildə tanınıb. Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson sosial şəbəkə hesabında yaydığı açıqlamada Ramazan ayının 18 fevral–19 mart 2026-cı il tarixlərini əhatə etdiyini və bu müddətin rəsmi olaraq Ramazan ayı kimi elan olunduğunu bildirib.
Ramazan düşünmək, tarazlıq tapmaq və bədənimizi daha diqqətlə dinləmək ayıdır. Bu dövrdə gündəlik vərdişlər, o cümlədən qəhvə istehlakı da dəyişir. Bir çox insan qəhvədən tamamilə imtina etmir, sadəcə onu nə vaxt və necə içdiyini yenidən tənzimləyir. Burada əsas məsələ düzgün yanaşmadır. Ramazan zamanı qəhvə içməyin “vahid doğru yolu” yoxdur. Zövq fərqləri, kofeinə həssaslıq, iş rejimi və yuxu qaydaları hər kəsdə fərqlidir. Əsas məqsəd orucluq müddətində bədənə dəstək olan variantı seçməkdir.
Lüğətdə "rahatlatmaq, dincəltmək" mənasını verən terviha kəlməsinin cəmi olan təravih, Ramazan ayına məxsus olmaqla işa (yatsı) namazından sonra qılınan namazı ifadə edir. Hədislərdə "qiyamü şəhri ramazan" (Ramazan ayının namazı) və ya "ihyau ləyali ramazan" (Ramazan gecələrinin ihyası) adlandırılan bu namaza, hər dörd rükətdən bir dincəlmək məqsədilə bir qədər oturulduğu üçün (terviha) təravih deyilmişdir. Zamanla hər bir fasiləni oturub dincəlmək əvəzinə zikr və salavat kimi nafilə ibadətlərlə dəyərləndirmək və ya fasilə vermədən namaza davam etmək kimi tətbiqlər ortaya çıxmışdır.
Sahur etmək vacibdirmi? İslam alimlərinə görə sahur sünnətdir, lakin vacib deyil – Peyğəmbərimizin (s.ə.s.) hədislərinə əsasən, sahur bərəkətlidir və orucu asanlaşdırır.
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nəcat Qaçqınlar Düşərgəsinin sakinləri həyat üçün zəruri olan ən əsas ehtiyacların belə çətin tapıldığı bir şəraitdə bərəkət, xeyirxahlıq və həmrəylik ayına – Ramazana hazırlaşır və daha gözəl Ramazan günlərinin xəyalını qururlar. İsrailin blokadası və hücumları altında yaşayan qəzzalılar artıq 3 ildir ki, çadır şəraitinin ağır şərtləri ilə mübarizə aparır. Sabit və ləyaqətli həyat imkanından məhrum edilən fələstinlilər siyasi və hərbi qeyri-müəyyənliyin davam etdiyi, sığınacaq və qida kimi ən elementar ehtiyacların belə tam ödənilmədiyi bir mühitdə həyata tutunmağa çalışırlar.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası olaraq müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, bu müqəddəs ayda dua və ibadətlərimizin qəbul olunmasını Rəhman və Rəhim Allahdan diləyirik. Ramazan ayının orucu İlahi əmrdir, bu barədə Allah-Təala öz bəndələrinə Qurani-Kərimdə belə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (Bəqərə, 183).
Rəsmi elan Ramazan ayından bir gün əvvəl Hilal Müşahidə Komitəsi tərəfindən edilir. Lakin astronomlar İslam aylarının başlanğıc və son tarixlərini dəqiq hesablamalarla əvvəlcədən təxmin edə bilirlər. Dubai Astronomiya Qrupunun əməliyyatlar müdiri Xədicə Əhmədin sözlərinə görə, müqəddəs ayın fevralın 19-da başlaması gözlənilir.