#Ermənistan

Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib. Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb. Xatırladaq ki, fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib. Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.