Sudanda sülhün bərpası və beynəlxalq səylərin əlaqələndirilməsi məqsədilə Misirdə keçirilən yüksək səviyyəli görüşdə Türkiyə müşahidəçi statusunda təmsil olunub. Türkiyə Xarici İşlər Nazirliyindən alınan məlumata görə, Qahirədə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində "Sudanda Sülh Təşəbbüsləri və Səylərin Koordinasiyasının Təkmilləşdirilməsinə dair Beşinci Məşvərət Zirvəsi" keçirilib. Bu diplomatik tədbirdə Türkiyəni xarici işlər nazirinin müavini, səfir Musa Kulaklıkaya təmsil edib.
#Sudan humanitar böhranı
Sudanda ordu ilə toqquşan “Sürətli Dəstək Qüvvələri” (RSF) ABŞ-ın humanitar yardım üçün nəzərdə tutulan atəşkəs təşəbbüsünə razılıq verib. RSF tərəfindən yayılan açıqlamada humanitar fəaliyyətlərin həyata keçirilməsi üçün atəşkəs planına razılıq verildiyi bildirilib. Ancaq tərəflər arasında 2023-cü ildən bəri davam edən döyüşlərin bir çox bölgədə fasilələrlə davam etdiyi qeyd olunur.