Türk dili yalnızca bir ünsiyyət vasitəsi deyil, ortaq dəyərlərimizin və mədəniyyətimizin daşıyıcısıdır. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran sosial media hesabında paylaşım edib. Duran mesajında bildirib ki, Türk dili əsrlərdir qardaş xalqlar arasında bir körpü rolunu oynayır və ortaq tariximizin, mədəniyyətimizin ən güclü təməl daşlarından biridir. Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzər bölgəsinə qədər eyni dili danışan bütün qardaş xalqları salamlayır.
#15 dekabr Dünya Türk Dili Ailəsi Günü
Bu günü, 15 dekabr Dünya Türk Dilləri Günü qeyd olunur. Bu tarix UNESCO tərəfindən dünya üzrə 200 milyondan çox insanın danışdığı türk dili ailəsini qeyd etmək və təşviq etmək məqsədilə təsis edilib. UNESCO-nun Özbəkistanda keçirilən 43-cü Baş Konfransı 15 dekabr tarixini Dünya Türk Dilləri Günü kimi rəsmi şəkildə elan edib. Məqsəd türk dili ailəsini qorumaq, qeyd etmək və onun təbliğini aparmaqdır.
Türk Dil Qurumu (TDK) 15 Dekabr Dünya Türk Dili Ailəsi Gününü bu il ilk dəfə xüsusi tədbirlə Ankarada qeyd etməyə hazırlaşır. UNESCO-nun 2025-ci il 3 noyabr tarixində keçirilən 43-cü Baş Konfransında qəbul etdiyi qərarla Türk dillərinin qədim mədəni irsi rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” kimi tanındı və beynəlxalq səviyyədə qeyd ediləcək günlər sırasına daxil edildi.