#Fransa

Makron, Netanyahunun 17 avqust məktubunda onu antisemitizmi qızışdırmaqda ittiham etməsinə cavab verib. “Le Monde” qəzetində dərc olunan məktubda Makron, antisemitizmlə mübarizənin prioritet olduğunu, lakin bunun alət kimi istifadəsinə qarşı olduğunu vurğulayıb. O, Netanyahunun ittihamlarını rədd edərək, Fransanın yəhudi icmasının təhlükəsizliyi üçün addımlar atdığını, o cümlədən 15 min polisin səfərbər edildiyini qeyd edib. Makron, “Qəzzanın işğalı, fələstinlilərin məcburi köçü və aclıqdan öldürülməsi İsrailə qələbə gətirməyəcək,” deyərək, bu siyasətin İsraili təcrid edəcəyini bildirib. O, HƏMAS-ın sonunun Fələstin dövləti ilə davamlı sülh olduğunu, Qəzzadakı humanitar fəlakətin isə regionda təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Makron, Netanyahunu “ölümcül və qeyri-qanuni müharibədən” çıxmağa və İordan çayının qərb sahilində torpaqların ilhaqına son qoymağa çağırıb.

Cenevrədə İran ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı üzrə növbəti danışıqlar başa çatıb. Məlumatına görə, müzakirələrin nəticəsinə dair açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, 2015-ci il nüvə sazişində iştirak edən Avropa tərəflərinin, Tehrana qarşı BMT sanksiyalarını bərpa edəcək “tetik mexanizmi” (snapback) işlətmək üçün hüquqi səlahiyyəti yoxdur. İranın rəsmi IRNA xəbər agentliyinə əsasən, Bekayi Tehranda Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasət gündəmi ilə bağlı fikirlərini bölüşüb. İngiltərə, Fransa və Almaniyanın "İranın sazişi pozduğunu əsas gətirərək BMT sanksiyalarını bərpa etmək üçün mexanizmi işə salmaq" hədəsini dəyərləndirən Bekayi deyib ki, "Avropa tərəflərinin bu mexanizmdən istifadə etməyə nə hüquqi, nə də mənəvi legitimliyi var."

Kante iki mövsüm əvvəl Çelsidən ayrılaraq Əl-İttihada keçib. Zədələrə baxmayaraq, komandanın aparıcı oyunçularından birinə çevrilmiş, bütün turnirlərdə 80 oyuna çıxmışdı. Onun sabit çıxışları həmçinin Fransa millisinin baş məşqçisi Didye Deşamın planlarında da yer almağa davam etməsinə şərait yaradıb.

Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerin prezident Emmanuel Makrona ünvanladığı məktubda hökuməti antisemitizmlə mübarizədə yetərli addımlar atmamaqda tənqid etməsindən sonra onu rəsmi çağırışla nazirliyə dəvət edib. Kuşnerin məktubu, İsrailin bir neçə gün əvvəl Fransaya yönəltdiyi oxşar tənqidləri təkrarlayaraq, Parisin sərt reaksiyasına səbəb olub. Məktubunda Kuşner, Fransada antisemitizmin kəskin artdığını və hökumətin bu problemə qarşı kifayət qədər tədbir görmədiyini qeyd edərək, “Fransada yəhudilərə hücumların, sinaqoq və yəhudi məktəblərinin dağıdılmasının adi hala çevrildiyini” bildirib. O, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra başlayan Qəzza müharibəsinin antisemitizmi daha da alovlandırdığını, “antisionizmin antisemitizm olduğunu” vurğulayıb. Kuşner həmçinin Fransada gənc nəslin Holokost barədə məlumatsızlığını tənqid edərək, təhsil sistemindəki boşluqlara diqqət çəkib.

İtaliyanın AC Milan klubu Sportinqin hücumçusu Konrad Harderin transferi üçün razılığa yaxın olsa da, danimarkalı futbolçu Fransa Liqa 1-də çıxış etməyə üstünlük verir. Milan klubu Harder üçün 24 milyon avro əsas məbləğ və əlavə 3 milyon avro bonus ödəmək barədə razılıq əldə edib.

CNBC-nin məlumatına görə, işçilərinə ən uzun illik məzuniyyət verən 9 Avropa ölkəsi arasında Fransa, Böyük Britaniya, Avstriya, Danimarka, Finlandiya, Norveç, İspaniya, İsveç və Portuqaliya var. Bu ölkələrdə ödənişli məzuniyyət müddəti 22 gündən 30 günə qədər dəyişir. Fransada işçilərə 30 gün ödənişli məzuniyyət təqdim olunur. Böyük Britaniya 28 gün, Avstriya, Danimarka, Finlandiya, Norveç, İspaniya və İsveç isə 25 günlə bu siyahıda yer alır. Portuqaliyada isə bu göstərici 22 gündür.

Yunan mətbuatı Ankara-Paris xəttində artan diplomatik təmasların və müdafiə sənayesi əməkdaşlığına dair mesajların Afinada təcrid olunma qorxusu doğurduğunu yazıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa lideri Emmanuel Makronu “dəyərli dost” adlandırması və BMT sammitində planlaşdırılan görüş bu narahatlıqları daha da gücləndirib. “Thess Today” nəşri Türkiyə və Fransanın yeni əməkdaşlıq səhifəsi açdığını, Yunanıstanın isə prosesdə passiv qaldığını vurğulayıb. Məqalədə “Bizim yalnız Rafale təyyarələrimiz qalıb. Türkiyə sahədə qalib gəlir, biz isə masada qalırıq” ifadəsi yer alıb. Digər tərəfdən, “belə davam edərsə, hətta Kipr də üzümüzü döndərə bilər” kimi qeydlər də Yunan ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Ölkədə nasist keçmişi səbəbindən hərbi müdaxiləyə qarşı həssaslıq qalır və bu, Bundestaqda belə bir qətnamənin qəbul edilməsini çətinləşdirir. Radikal sağçı Alternativ für Deutschland (AfD) partiyasının lideri Alice Weidel planı “təhlükəli və məsuliyyətsiz” adlandırıb, CDU-nun xarici işlər naziri Johann Wadephul isə qoşun yeridilməsinin Almaniyaya gərginlik yaradacağını vurğulayıb. Almaniyada keçirilən sorğular göstərir ki, əhalinin 49 faizi qoşun göndərilməsini dəstəkləyir, 45 faizi isə əleyhinədir. Merzin koalisiya tərəfdaşı Sosial Demokratlar (SPD) isə Ukraynaya qoşun yeritməyə qarşıdır.