#Fransa

İngiltərə Premyer Liqa təmsilçisi Tottenhem gözlənilməz transfer addımı ataraq PSJ-nin hücumçusu Randal Kolo Muanini icarəyə götürmək üçün razılıq əldə edib. Müqavilədə fransalı futbolçunun mövsüm sonunda satın alınması üçün opsion da nəzərdə tutulub.

Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.

31 Avqust - Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü kimi qeyd edilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. Avqustun 31-nin qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.

Nkunku 2023-cü ildə Leyptsiqdən Çelsiyə 52 milyon funt sterlinq qarşılığında transfer olunmuşdu. Lakin Londonda keçirdiyi müddət zədələrlə yadda qaldı. O, ağır diz zədəsi səbəbilə əsasən Premyer Liqa oyunlarını buraxdı və ilk mövsümündə cəmi 11 dəfə meydana çıxdı.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 80 milyon 280 min 84 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 540 milyon 429 min 54 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 9 milyard 704 milyon 946 min dollara bərabər olub.

ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 9 milyon 658 min 60 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq, 42 milyon 277 min 79 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Avropa üçlüyünün (Fransa, Almaniya və Britaniya) “Snapback” mexanizmini işə salmaq cəhdini qanunsuz və əsassız addım kimi qiymətləndirib. Əraqçi bu fikirləri Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə cümə axşamı axşam saatlarında baş tutan telefon danışığında səsləndirib.

Fransa Prezidenti Emmanuel Makronun İsrail-Fələstin üzrə xüsusi nümayəndəsi Ofer Bronştayn İsrailin Kanal 12 televiziyasına açıqlamasında, Fransanın sentyabrda BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyacağını və ardından Ramallahda səfirlik açmağı planlaşdırdığını bildirib. Bronştayn, müstəqil Fələstin dövlətinin İsrailin də maraqlarına uyğun olduğunu, 7 oktyabr hadisələrinin belə bir dövlət olsaydı baş verməyəcəyini qeyd edib. O, həmçinin İsrailin Qəzzaya planlaşdırdığı işğalın beynəlxalq müqavimətlə qarşılaşacağını vurğulayıb.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq, 427 milyon 380 min 81 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyard 697 milyon 459 min 23 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.