Türkiyənin aparıcı futbol klublarından birində mühüm idarəetmə qərarı qəbul edilib. Məlumata görə, qərar klub daxilində yaranmış vəziyyət və mövcud şərtlər nəzərə alınaraq qəbul edilib. Saran bildirib ki, bu addım klubun gələcək inkişafı və yeni mərhələyə keçidi üçün vacib hesab olunur. Onun sözlərinə görə, rəhbərlik dövründə əsas məqsəd komandanın uğurlarını artırmaq və uzun müddətdir davam edən çempionluq həsrətinə son qoymaq olub. Lakin mövcud nəticələr gözləntiləri tam qarşılamadığından, yeni qərarın qəbul edilməsi zəruri sayılıb.
#Sadettin Saran
Trendyol Süper Liqanın 11-ci turunda Fənərbaxça sabah Bakı vaxtı ilə saat 21:00-da Tüpraş Arenada Beşiktaşla qarşılaşacaq. Beşiktaşın baş məşqçisi Sergen Yalçın 4 il 7 ay sonra Fənərbaxçaya qarşı derbiyə çıxacaq. Təcrübəli çalışdırıcı daha əvvəl Fənərbaxçaya qarşı 3 matçda 2 qələbə, 1 heç-heçə əldə edib və məğlub olmayıb