#Antonio Quterreş

BMT Baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı İordan çayının qərb sahilini böləcək məskunlaşma layihəsindən imtina etməyə səsləyib. O, sosial mediada etdiyi açıqlamada İsrailin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirmə planının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. “Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq qurulub və qorunub saxlanılıb”. - deyə Quterreş bəyan edib. O, eyni zamanda Qəzzada genişmiqyaslı ölüm və dağıntıların qarşısını almağın həyati əhəmiyyət daşıdığını bildirərək dərhal atəşkəs çağırışı edib.

Qəzza rəsmiləri İsrailin quru əməliyyatlarının ilk mərhələsinə başladığını açıqlayıb. Ordunun Zeytun və Cəbəliyyə məhəllələrinə hücum etdiyi, Qəzza şəhərini isə üç hərbi briqada ilə mühasirəyə aldığı bildirilib. Hava və artilleriya zərbələri ilə müşayiət olunan əməliyyatlar nəticəsində fələstinlilər bölgəni tərk etməyə çalışır. BMT və beynəlxalq təşkilatlar xəbərdarlıq edərək, əməliyyatların fəlakətli nəticələrə gətirib çıxaracağını vurğulayıb. Baş katib Antonio Quterreş dərhal atəşkəs çağırışı edib. Bununla yanaşı, İsrail Müdafiə Nazirliyinin təsdiqlədiyi plana əsasən, yaxın günlərdə əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.

BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı ərazilərdə, xüsusilə E1 bölgəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti layihəsini dərhal dayandırmağa çağırıb. Bəyanatı onun sözçüsü Stefan Dujarrik yazılı şəkildə yayıb. Quterreş bildirib ki, Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki bütün İsrail yaşayış məntəqələri beynəlxalq hüququn pozulması ilə yaradılıb və saxlanılır. Onun sözlərinə görə, bu cür qeyri-qanuni məskunlaşmalar işğalı möhkəmləndirir, gərginliyi artırır və iki dövlətli həll çərçivəsində Fələstin dövlətinin yaşaya bilmək imkanlarını zəiflədir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkmənistanın Avaza turizm bölgəsində keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) 3-cü Konfransının açılışında çıxış edərək bu ölkələrin inkişaf potensialına diqqət çəkib. Baş katib bildirib ki, LLDC ölkələrinin uğuru, 2030 Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsi üçün həyati əhəmiyyət daşıyır. “Birlikdə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin tarixində yeni bir səhifə aça bilərik”, – deyə Quterreş qeyd edib.