#Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş cümə günü İsraili Qəzzada humanitar yardım göstərən qurumlara tətbiq olunan qadağanı dayandırmağa çağırıb. Quterreş bu qərarla bağlı “dərin narahatlıq” keçirdiyini bildirib. BMT baş katibinin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanata görə, Quterreş bu tədbirin geri götürülməsini tələb edərək vurğulayıb ki, beynəlxalq qeyri-hökumət təşkilatları həyati əhəmiyyət daşıyan humanitar fəaliyyət üçün vazkeçilməzdir və onların fəaliyyətinin dayandırılması atəşkəs dövründə əldə olunan kövrək irəliləyişi risk altına qoya bilər.

İran MAQATE-nin baş direktoru Rafael Qrossinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini kəskin tənqid edərək, onun bu posta uyğun olmadığını bəyan edib. Tehran BMT Təhlükəsizlik Şurasında çıxış edərək, növbəti Baş katibin seçilməsində ədalətli, şəffaf və prinsipial prosesin vacibliyini vurğulayıb. BMT-də İranın daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında çıxışında bildirib ki, İrana qarşı sülhməramlı nüvə obyektlərinə yönəlmiş qanunsuz hərbi hücumlara səssiz qalan şəxslər BMT kimi təşkilata rəhbərlik etmək üçün etibarlı fiqur sayıla bilməz.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Suriyada baş verən rejim dəyişikliyinin birinci ildönümündə yazılı açıqlama yayıb. Quterreş, Suriyanın devrilmiş lideri Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə "onilliklər boyu davam edən təzyiq rejiminin sona çatdığını" xatırladıb. “Bu gün Əsəd hökumətinin devrilməsindən və onilliklər boyu davam edən basqı sisteminin sona çatmasından bir il keçir. Təsəvvürəgəlməz çətinliklərə baxmayaraq ümidini heç vaxt itirməyən Suriya xalqının dözüm və cəsarətinə hörmət edirəm.” - deyə Quttereş qeyd edib.

MT-nin baş katibi Antonio Quterreş Konqo Demokratik Respublikası ilə Ruanda arasında Vaşinqtonda imzalanan sülh və iqtisadi razılaşmanı müsbət qiymətləndirib. Quterreşin sözçüsü Stefan Düjarrikin açıqlamasına görə, bu anlaşma iki ölkə arasında etimadın bərpası və şərqi Konqoda davamlı sülhün təmin olunması istiqamətində mühüm addım hesab olunur.

Birləşmiş Millətlər Təşkilatı (BMT), növbəti Baş katibin müəyyən edilməsi üçün seçki prosesinə rəsmi şəkildə start verib. BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurası, üzv dövlətlərə namizədlərini təqdim etmələri üçün birgə məktub göndərib. BMT Baş Assambleyasının Prezidenti Annalena Baerbock açıqlamasında bildirib ki, o və Təhlükəsizlik Şurasının cari sədrliyini həyata keçirən Syerra-Leonenin BMT Daimi Nümayəndəsi Maykl İmran Kanu məktubu imzalayaraq üzv ölkələrə təqdim ediblər.

Çin, Tokionu Tayvanla bağlı “silahlı müdaxilə ilə hədələməkdə” ittiham edib və özünü müdafiə edəcəyini bildirib. Çinin BMT-dəki nümayəndəsi Fu Conq BMT Baş katibi Antonio Quterreşə göndərdiyi məktubda, Yaponiya Baş naziri Sanae Takaiçinin “Çinə hər hansı hücumun Tokio tərəfindən hərbi cavab doğura biləcəyinə” dair sözlərinin beynəlxalq hüququn və diplomatik normaların ciddi şəkildə pozulması olduğunu yazıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmyıl Bəqai ABŞ-ın Karib dənizi və Latın Amerikasındakı hərbi fəaliyyətlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün “təhlükəli nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Venesuelanın “qanuni və seçilmiş hökumətinə qarşı güc tətbiqi ilə hədələməni” beynəlxalq hüququn açıq şəkildə pozulması, həmçinin BMT Nizamnaməsinin, xüsusilə millətlərin öz müqəddəratını təyin etmə və gücdən istifadənin qadağan olunması ilə bağlı 2(4)-cü maddəsinin kobud şəkildə pozulması kimi dəyərləndirib.

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasına müraciət edərək, ABŞ və İsrailin “beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi pozuntulara və cinayətlərə” görə məsuliyyətə cəlb olunması üçün tədbir görülməsini tələb edib. Əraqçi 2025-ci il noyabrın 11-də BMT Baş katibi Antoniu Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda BMT-ni həm ABŞ, həm də İsrail rejimi üçün cavabdehliyin təmin olunması istiqamətində lazımi addımlar atmağa çağırıb və bu cinayətləri törədənlərin ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulayıb.