#Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu

Oman Sultanlığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi ilə görüşüb. Görüş zamanı Azərbaycan-Oman ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər və əməkdaşlıq perspektivləri, habelə regional vəziyyət müzakirə edilib.