Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Bakı və digər şəhərlərarası, eləcə də Bakıətrafı yeni avtobus marşrutlarını müsabiqəyə çıxarır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təşkil edilir.
#Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihə icra edilir.
Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejiminə keçiblər. Məqsəd vətəndaşların təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsidir. Bildirilib ki, hazırda yollarda avtobusların hərəkəti xüsusi nəzarət altına alınıb və bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib. Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 569 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Gəncə–Qazax, Qazax–Gəncə və Şabran–Siyəzən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
“Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni svetoforlar quraşdırılır. Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək.
2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətti ilə 494 milyondan çox sərnişin daşınıb. Şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçün isə 66 yeni avtobus cəlb edilib. Həmçinin şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti təşkil edilib. 10 marşrut xəttində hərəkət sxemi dəyişdirilib, 3 yeni marşrut xətti təşkil edilib.
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə 142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 43 küçə və prospektdə 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib.
Şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə ictimai müzakirə təşkil olunub.