Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında (KKTC) keçirilən prezident seçkilərində qalib gələn Respublikaçı Türk Partiyasının (CTP) sədri Tufan Erhürmanı təbrik edib. Ərdoğan seçkilərin nəticələrinin həm Türkiyə, həm də region üçün xeyirli olmasını arzulayıb.