İran 2026-cı ilin əvvəlində ölkədə baş verən hökumət əleyhinə nümayişlərdə iştirak etməkdə təqsirləndirilən iki şəxsin bu səhər edam edildiyini açıqlayıb. Məhkəmənin qərarı ilə hər iki şəxs ictimai asayişi pozma, milli təhlükəsizliyə qarşı sui-qəsd və dövlət/ictimai əmlaka ziyan vurma kimi ağır ittihamlarla təqsirli bilinərək ölüm hökmünə məhkum ediliblər.
#İranda edam
İran hökuməti İsrail üçün casusluq və kəşfiyyat əməkdaşlığı etməkdə təqsirli bilinən Gholamreza Khani Shekarabı edam edib. Beynəlxalq insan hüquqları təşkilatları edamları tənqid edib və uzun müddətdir İranı Çin-dən sonra ən çox edam həyata keçirən ölkələrdən biri olmaqda ittiham edirlər.
İran iki şəxsi ölkənin təhlükəsizliyini pozmaq və “terrorçu” təşkilata üzv olmaq ittihamı ilə edam edib. Bu barədə İranın yarı-rəsmi Tasnim xəbər agentliyi məlumat yayıb. Edam edilən şəxslər eyni zamanda “cinayətkar qruplar vasitəsilə silahlı üsyan, atəş açma və terror təşkilatının məqsədlərinə uyğun qətl cəhdləri” ilə də ittiham olunublar.
İranda etiraz aksiyaları ilə bağlı saxlanılan 21 yaşlı karate idmançısı Sassan Azadvar Joonqani edam edilib. Bildirilir ki, Azadvar 2025-ci ilin yanvarında ölkə üzrə keçirilən etirazlar zamanı saxlanılıb və daha sonra barəsində çıxarılan hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Vaşinqtonda yerləşən Əbdürrəhman Borumənd Mərkəzinin icraçı direktoru Röya Borumənd, İran hökumətinə qarşı etirazlar zamanı hərbi obyektə hücumda iştirak etməkdə təqsirli bilinən 18 yaşlı gəncin edam edilməsini kəskin şəkildə pisləyib.
Hakimiyyət orqanları məhkumun kimliyini, həbs tarixi və konkret ittiham detallarını açıqlamayıb. Lakin “AFP” agentliyinin bildirdiyinə görə, o, “müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə təqsirli bilinib. Bu iki maddə İran qanunvericiliyində ən ağır cinayətlər hesab olunur və ölüm cəzası ilə nəticələnir. Son aylarda İran hökuməti “Mossad üçün işləməkdə” ittiham olunan bir sıra şəxslərin həbsi və edamını elan edib. Ötən çərşənbə günü isə İsrail və ABŞ lehinə casusluqda ittiham edilən şəxslər üçün cəzaları sərtləşdirən yeni qanun qüvvəyə minib.