#Dünya Bankı və Beynəlxalq Valyuta Fondu

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərində keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. Taleh Kazımov bu barədə özünün X sosial şəbəkəsində paylaşım edib. Kazımov bildirib ki, görüşdə Azərbaycan və Çin arasında maliyyə sahəsindəki ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. O, ötən ay imzalanmış Anlaşma Memorandumunun hər iki qurum arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.