İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.