Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Livanda azı 100 min uşağın yeni dərs ilindən kənarda qala biləcəyi barədə xəbərdarlıq edib. Məlumata görə, İsrailin hücumları nəticəsində 340 məktəb zədələnib, 17 məktəb isə tamamilə dağılıb. Ən çox zərər Nəbətiyyə, Bəqaa vadisi, Bəlbək-Hirmil, Beyrut və Cəbəl-Livan bölgələrində qeydə alınıb. Təşkilat məktəblərin sentyabr ayına qədər təmir olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, uzunmüddətli təhsil fasiləsi uşaqların psixi sağlamlığına və gələcəyinə mənfi təsir göstərə bilər. Məktəblərin bərpası üçün təcili maliyyə dəstəyi tələb olunur. Livanda yeni tədris ili öncəsi vəziyyət narahatlıq doğurur.
#Məktəblər
İsraildə təhlükəsizlik səbəbindən məktəblərin fəaliyyəti ikinci gün də dayandırılıb. Təhsil naziri Yoav Kiş bildirib ki, İranın hücumları dayandırdığına dair açıqlamalar verilməsinə baxmayaraq, ölkədə təhlükəsizlik vəziyyəti tam sabit hesab olunmur. Bu səbəbdən tədris müəssisələrinin bağlı saxlanılması barədə qərar qüvvədə qalır. İsrail ordusu daha əvvəl mülki əhali üçün təhlükəsizlik qaydalarını sərtləşdirib, kütləvi tədbirlərə məhdudiyyətlər tətbiq edib və məktəblərdə dərsləri dayandırıb. Təhsil Nazirliyi məktəblərin yaxın günlərdə yenidən açılmasını nəzərdən keçirsə də, bunun yalnız şagirdlərin təhlükəsizliyinin təmin olunacağı halda mümkün olacağını vurğulayır. Hakimiyyət orqanları vəziyyəti izləməyə davam edir və növbəti qərarların təhlükəsizlik qurumlarının qiymətləndirmələri əsasında veriləcəyini bildirirlər.
Qırğızıstan Respublikasının Təhsil Nazirliyi uşaq bağçalarında, məktəblərdə, peşə liseylərində və əlavə təhsil müəssisələrində zorakılığın qarşısını almaq və uşaqları qorumaq məqsədilə milli tədqiqat aparır.