#Ramin Məmmədov

Məscidlərin din xadimləri ilə görüşlərdə ölkəmizdə dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və dini icmaların fəaliyyətinə dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi barədə fikir mübadiləsi aparılıb. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və sağlam dini maarifləndirmənin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Vurğulayıb ki, İslamın sülh, həmrəylik və insanpərvərlik prinsiplərinin düzgün təbliği, gənclərin sağlam dini biliklərə yiyələnməsi din xadimlərinin əsas vəzifələrindəndir. Ramin Məmmədov ibadət yerlərinin gənclərin mənəvi inkişafında əhəmiyyəti haqqında fikirlərini bölüşüb, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçay şəhərində “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcək. Tədbirdə Dövlət Komitəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edəcəklər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində noyabrın 24-də Komitə sədri Ramin Məmmədov, Komitənin və Aİİ-nin rəhbər heyəti ali təhsil müəssisəsində təhsil alan Türkiyə Respublikasından olan tələbələrin evini ziyarət ediblər.

Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini sahədə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərin önəmini vurğulayaraq, məscid, kilsə, sinaqoqların bərpası, inşası da daxil olmaqla, dini ibadət yerlərinə dövlət tərəfindən daim dəstək göstərildiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 24-də Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib. Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti haqqında danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 20-də Sabirabad şəhərindəki “Heydər” məscidi və Sabirabad rayonu Əhmədabad kənd məscidini ziyarət edib. Görüşlərdə əsas diqqət dini maarifləndirmənin gücləndirilməsi, dini ayinlərin icrasında vahid yanaşmanın tətbiqi kimi praktiki məsələlərə yönəldilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, dini sahədə maarifləndirmə işinin təşkili və gənclərin zərərli təsirlərdən qorunması bölgələr üçün xüsusi əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 17-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziç ilə görüşüb. Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar ilə görüşüb. Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkəmizdə dini icmalara davamlı olaraq maddi və mənəvi dəstək göstərilir. İşğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir. Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunması, eləcə də təşviqidir. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan açılış mərasiminə dəvət edib.