Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

    5 Dekabr 2025 15:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsveç Krallığı Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill ilə görüşüb.

    AzerVoice xəbər verir ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov təyinatı münasibətilə qonağı təbrik edərək xalqımızın əsrlərə söykənən birgəyaşayış ənənələri və müxtəlif dini konfessiyaların sülh şəraitində fəaliyyət göstərməsi üçün yaradılan şərait haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və ölkəmiz dinlərarası dialoq sahəsində dünyada aparıcı mövqe tutur. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlar təmir-bərpa edilir, yeniləri inşa olunur, həmçinin dini icmalara, o cümlədən xristian icmalarına mütəmadi olaraq maliyyə yardımı ayrılır. Ramin Məmmədov diqqətə çatdırıb ki, bu yanaşma sayəsində ölkəmizdə bütün konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan mühit formalaşıb.

    İsveç Krallığı Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill Azərbaycanın multikultural dəyərlərin təşviqində oynadığı rolu və dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, Azərbaycanın tolerantlıq modeli və dövlət rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqət qlobal müstəvidə sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada barışın, sabitliyin təmin olunması üçün dialoq önəmlidir və Azərbaycanın bu sahədəki nümunəsi təqdirəlayiqdir.

    İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun da iştirak etdiyi görüşdə iki ölkə arasında müvafiq sahədə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Azərbaycanda multikulturalizm siyasəti #Dinlərarası dialoq üzrə əməkdaşlıq #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi görüş #Ramin Məmmədov – Kristian Kamill görüşü #İsveç–Azərbaycan dini əməkdaşlığı #Azərbaycanda dini tolerantlıq modeli #Dinlərarası əməkdaşlıq layihələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

    25 İyun 2026 10:13

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    12 İyun 2026 15:46

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    4 İyun 2026 16:37

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51

    Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

    7 May 2026 10:51
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.