Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Göyçayda keçirilən regional konfrans başa çatıb

    3 Dekabr 2025 17:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Göyçayda keçirilən regional konfrans başa çatıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Dekabrın 3-də Göyçayda keçirilən “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirib.

    AzerVoice xəbər verir ki, konfransın “Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları” mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq edib.

    Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov ifratçılığın ənənəvi dini mühit üçün təhdid yaratdığını deyib. Qeyd edib ki, dini biliklərin təhrif edilməsi, sosial parçalanma, milli-mədəni irsə qarşı təbliğat və xüsusilə gənclərin radikallaşması bu təhdidlər arasında xüsusi yer tutur. Belə hallarla mübarizə yalnız hüquqi deyil, həm də sosial, mədəni, təhsil və psixoloji aspektlərdən yanaşma tələb edir.

    Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov çıxışında radikal qrupların səciyyəvi cəhətlərinə toxunub, dini radikalizmin yayılma mexanizmlərindən söz açıb. Eyni zamanda, maarifləndirmə işinin düzgün qurulması, mötədillik ideyalarının təbliği, din xadimləri üçün seminar-treninqlərin keçirilməsinin vacibliyini vurğulayıb.

    Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov qloballaşmanın ənənəvi dini dəyərlərin qarşısına yeni çağırışlar qoymasından bəhs edib. Vurğulayıb ki, regionda geosiyasi güclərin rəqabəti, dini radikalizm və ekstremizmin artması, xaricdən yönləndirilən ideoloji təsirlər, sosial şəbəkələrdə dini məzmunlu dezinformasiyalar cəmiyyətin dini təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu təhdidlərin mahiyyətinin araşdırılması, onların sosial-psixoloji və ideoloji əsaslarının öyrənilməsi, habelə qarşısının alınması yollarının müəyyənləşdirilməsi mühüm məsələlərdəndir.

    Konfransın ikinci paneli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərinin rolu” mövzusuna həsr edilib.

    Paneldə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, bu gün dünyada insan şüuruna təsir uğrunda mübarizə gedir və sosial şəbəkələrin imkanlarından bu istiqamətdə daha çox istifadə olunur. Bu baxımdan, hazırkı dövrdə savadlı və müasir düşüncəli din xadimlərinin maarifləndirici rolu xüsusi əhəmiyyət kəsb edir. Din xadimi intellektual səviyyəsi, nümunəvi davranışı, sosial fəallığı ilə cəmiyyətə dəstək olmalıdır. Azərbaycanın dövlət-din münasibətləri modeli cəmiyyətdə harmoniya yaradaraq dəyərlərin qorunmasına möhkəm zəmin formalaşdırır.

    Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov bildirib ki, cəmiyyətin sağlam, davamlı və sabit inkişafının əsas şərtlərindən biri vəhdətin, birlik, həmrəylik və qarşılıqlı anlayışın olmasıdır. İnsanların bir-birinə hörmətlə yanaşması, fərqli düşüncə və mənsubiyyətlərə dözümlü olması, sosial münasibətlərin ahəngdar şəkildə davam etməsi vəhdətin göstəriciləridir. Bu prosesdə təkcə hüquqi mexanizmlər deyil, həm də mənəvi və ideoloji amillər mühüm rol oynayır.

    Qafqaz Müsəlmanları İdarəsinin Ağdaş bölgəsi üzrə qazısı Əli Məmmədov qeyd edib ki, din xadimi cəmiyyətdə birlik yaradan şəxs olmalıdır. Millətin gücü də məhz birlikdə, həmrəylikdə və mənəvi bütövlükdədir. O bildirib ki, folklorumuz və adət-ənənələrimiz milli kimliyimizi yaşadan dəyərlərimizdir.

    Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, informasiya mühitində məlumatların sürətlə təhrif olunduğu dövr yaşanır. Məkrli manipulyasiyalar nəticəsində dinin fəlsəfəsi yanlış başa düşülür, ehkamları təhrif olunur. Bu da, öz növbəsində, əvvəlcə fərdlərin, daha sonra isə bütövlükdə cəmiyyətin mənfi təsirlərə məruz qalmasına səbəb olur. Ramin Məmmədov vurğulayıb ki, ideoloji təhdidlərin qarşısını almağın ən effektiv yolu insanları maarifləndirməkdir. Yalnız bu yolla cəmiyyətimizi və dini etiqad azadlığını qoruya bilərik. Bu işdə din xadimlərinin üzərinə xüsusi məsuliyyət düşür. Dövlət Komitəsinin sədri qeyd edib ki, cəmiyyətimizdə formalaşmış sarsılmaz birlik ruhunu qorumaq hər birimizin peşə borcu, vəzifəsi olmaqla yanaşı həm də vətəndaşlıq məsuliyyətidir.

    Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Göyçayda keçirilən regional konfrans başa çatıb
    Göyçayda keçirilən regional konfrans başa çatıb
    #Azərbaycan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Ramin Məmmədov çıxışı #Ramin Məmmədov görüş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    10 Avqust 2026 22:31

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

    10 Avqust 2026 16:11

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdəki görüş oldu - Metyu Brayza

    8 Avqust 2026 13:56

    ABŞ Vaşinqton sammitindən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki irəliləyişi qiymətləndirib

    8 Avqust 2026 12:59

    Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan

    8 Avqust 2026 10:35

    Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

    8 Avqust 2026 10:34

    Vaşinqtondan başlanan yeni mərhələ: Prezident İlham Əliyevin sülh siyasəti və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi

    8 Avqust 2026 10:30

    Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    6 Avqust 2026 21:39

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38
    XƏBƏR LENTİ

    Fənərbaxçanın avtobusuna silahlı hücum - 11 il sonra 5 şübhəli saxlanıldı

    Viza randevularını botlarla ələ keçirib 918 milyon lirə qazandılar

    Davosdan Əminə Ərdoğana xüsusi dəvət - Türkiyənin “Sıfır Tullantı” vizyonu müzakirə olunacaq

    İrlandiya üzərində qələbə Əfqanıstana Dünya Kuboku bileti qazandırdı

    İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

    Küveyt birjasında necə investisiya etmək olar?

    Suriyada gizli nüvə materiallarının çıxarılması üzrə razılaşma əldə edilib

    Liviyada hərbi kəşfiyyat rəhbəri öldürülüb

    Səudiyyə Ərəbistanında dəmir yolu sərnişin daşınması artıb

    İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.