Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib

    24 Noyabr 2025 16:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 24-də Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib.

    AzerVoice xəbər verir ki, ziyarət çərçivəsində Komitə sədri kilsənin fəaliyyəti, burada həyata keçirilən dini-mənəvi tədbirlər barədə məlumat alıb.

    Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti haqqında danışıb.

    Müxtəlif dini konfessiya nümayəndələrinin dini ənənələrinin qorunması sahəsində görülən işlərin multikulturalizm mühitinin inkişafına xidmət etdiyini vurğulayıb. O, bu sahədə mütəmadi olaraq həyata keçirilən layihələr, dini icmaların fəaliyyətinin dəstəklənməsi, ibadət məkanlarının bərpası və maddi-texniki təminatının gücləndirilməsi üçün reallaşdırılan layihələrin önəminə toxunub. Bildirib ki, dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dini müxtəlifliyin cəmiyyətin ümumi dəyəri kimi təbliği istiqamətində kompleks tədbirlər həyata keçirilir.

    Bakı və Azərbaycan yepiskopu Aleksiy dövlət-din münasibətlərinin nümunəvi modelinin ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Kilsədə yaradılan şəraitə, dini ayinlərin sərbəst şəkildə icra olunması və icmanın fəaliyyətinin diqqətdə saxlanılmasına görə təşəkkürünü bildirib.

    Ziyarət zamanı kilsə kompleksinin tamamilə yenidən qurulması və bərpa edilməsi dövlətin dini-mənəvi irsin qorunmasına verdiyi xüsusi önəmin bariz nümunəsi kimi dəyərləndirilib.

    Dövlət Komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib
    Dövlət Komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib
    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Ramin Məmmədovun kilsə ziyarəti #Bakı Ali Mələk Mikayıl kilsəsi #Azərbaycanda tolerantlıq siyasəti #Dini icmaların dəstəklənməsi #Multikulturalizm ənənələri #Dövlət–din münasibətlərinin modeli #Dini-mənəvi irsin qorunması #Dini məbədlərin bərpası #Dini müxtəliflik siyasəti #Kilsələrin bərpası və yenidən qurulması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51

    Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

    7 May 2026 10:51

    Din xadimlərinin Naxçıvana səfəri təşkil olunacaq

    1 May 2026 10:49

    Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

    23 Aprel 2026 16:42

    Ağdamda keçirilən regional konfrans başa çatıb

    15 Aprel 2026 22:43

    Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçirilir

    15 Aprel 2026 22:23

    Ramin Məmmədov Ağdamda vətəndaş qəbulu keçirəcək

    10 Aprel 2026 10:19

    Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub

    18 Mart 2026 12:29

    Ramin Məmmədov İğdır valisi ilə görüşüb

    6 Mart 2026 12:24

    İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

    3 Mart 2026 10:42

    Türkiyədə yaşayan azərbaycanlılar üçün iftar süfrələri təşkil olunacaq

    27 Fevral 2026 14:28

    Bakı şəhərində yerləşən kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

    26 Fevral 2026 16:50
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.