#ASELSAN

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN-ın sosial mediada “Böyük gün, 27 avqust” paylaşımı ilə diqqət çəkən mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Gölbaşı Kampusundakı Oğulbey obyektinin təməlqoyma mərasimi ilə yanaşı, 14 yeni obyektin açılışı baş tutacaq. Ərdoğan mərasimdə Türkiyənin çox qatlı hava hücumundan müdafiə sistemi olan Polad Günbəz layihəsi ilə bağlı mühüm inkişafları elan edəcək.

Türkiyə Müdafiə Sənayesi prezidenti Haluk Görgün, ROKETSAN tərəfindən hazırlanan Milli Şaquli Atış Sistemi (MİDLAS) və TCG İSTANBUL-dan HİSAR-D RF raketi ilə həyata keçirilən atış sınağının uğurla tamamlandığını açıqlayıb. Sınaq zamanı ASELSAN, HAVELSAN, STM və ROKETSAN kimi şirkətlərin hazırladığı milli sistemlər tam koordinasiyada işləyib.

ASELSAN Yaxın Şərq və Afrika bölgəsində 54 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN, Yaxın Şərq və Afrika bölgəsindəki müştərilərindən biri ilə radar və komanda-idarəetmə sistemlərinin birbaşa satışı üzrə ümumi dəyəri 54 milyon ABŞ dolları olan ixrac müqaviləsi imzalayıb. Məlumat Kamuyu Aydınlatma Platformunda (KAP) dərc olunub. Şirkətdən bildirilib ki, müqavilə ASELSAN-ın beynəlxalq bazarlardakı fəaliyyətini daha da genişləndirmək istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Şirkət İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlama verərək, hava hücumundan müdafiə sistemlərinin birbaşa satışı üçün 78,5 milyon dollarlıq müqavilə bağlandığını bildirib. Qeyd edək ki, ASELSAN Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biridir və bu kimi ixrac müqavilələri şirkətin beynəlxalq mövqeyini daha da gücləndirir.

Baykar Technology tərəfindən hazırlanmış Bayraktar AKINCI üzərində ASELSAN istehsalı LGK-82 lazer bələdçi dəsti ilə həyata keçirilən sınaq atışında hədəf uğurla məhv edilib. Sınaq görüntülərini Baykar Texnologiya İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial mediada paylaşarkən, ASELSAN baş direktoru Əhməd Akyol AKINCI-nın döyüş sahəsində öz gücünü təsdiqlədiyini bildirib.

ASELSAN 2025-ci ilin ilk altı ayında gəlirini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artırıb. Şirkət 2,8 milyard dollarlıq yeni müqavilə bağlayıb, bunun 1,3 milyard dolları birbaşa və dolayı ixracat müqavilələrinə aiddir. Sifariş portfeli isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 16 milyard dollara çatıb.