İngiltərə, İsrail Təhlükəsizlik Kabinetinin "Qəzza şəhərinin" işğalını təsdiqləmə qərarının yanlış olduğunu bildirərək, bu qərarın dərhal yenidən nəzərdən keçirilməsi çağırışı edib.İngiltərənin Baş naziri Keir Starmer, İsrail Təhlükəsizlik Kabinetinin Qəzza Zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni planı təsdiqləməsinə dair yazılı açıqlama verib.
#Qəzza zolağı
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrail ordusunun Qəzza zolağına tam nəzarət üçün hazırladığı planın beynəlxalq hüquqa zidd olduğunu və dərhal dayandırılmalı olduğunu bildirib. Türk qeyd edib ki, bu plan kütləvi məcburi köçkünlüklərə, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olacaq.
Nazirlikdən verilən açıqlamada, “İsrailin bölgədəki ekspansionist və soyqırım siyasətinin yeni mərhələsini təşkil edən Qəzzada hərbi əməliyyatını genişləndirmək qərarını ən sərt şəkildə qınayırıq. Fələstinlilərə qarşı soyqırımını davam etdirmək və işğalı genişləndirmək üçün fundamentalist Netanyahu hökumətinin atdığı hər bir addım beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə vurur və bölgədəki böhranı daha da dərinləşdirir.”- deyə bildirilib.
Təhlükəsizlik Kabinetinin baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında Qəzza şəhərinin işğal planını təsdiqləməsi Qəzza zolağının şimalında yaşayan təxminən 1 milyon fələstinlinin məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olacaq. Hazırda 2,3 milyon fələstinli isə zolağın mərkəzi hissəsində dar və infrastrukturdan məhrum bir ərazidə məskunlaşmağa məcburdur.
HƏMAS bəyanatında Baş nazir Benyamin Netanyahunun Qəzza planının soyqırım və məcburi köçkünlük siyasətinin davamı olduğunu bildirib. Təşkilat Netanyahunun israilli məhbusları şəxsi maraqları və ifrat ideoloji gündəmi üçün qurban verdiyini vurğulayıb. HƏMAS həmçinin Qəzza xalqının işğala və qəyyumluq yaratmaq cəhdlərinə müqavimət göstərəcəyini, hücumların isə İsrail ordusuna baha başa gələcəyini bəyan edib.
Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir. Nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası (ƏL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.
Avstraliyanın xarici işlər naziri Penny Wong, İsrail Təhlükəsizlik Kabinetinin Baş nazir Benyamin Netanyahunun Qəzza şəhərini hərbi yolla ələ keçirmək planını təsdiqləməsindən sonra rəsmi Tel-Əvivi “bu addımdan çəkinməyə” çağırıb. O, bu qərarın Qəzzada mövcud humanitar böhranı daha da dərinləşdirəcəyini bildirib. “Davamlı sülhün təmin olunmasının yeganə yolu iki dövlətli həlldir — iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yanaşı yaşaması”- deyə Penny Wong vurğulayıbş
ABŞ mərkəzli “Axios” portalı yazır ki, ilkin mərhələdə plan yalnız Qəzza şəhərini əhatə edəcək və qaçqın düşərgələrinə yayılmayacaq. Rəsmi mənbələr bildirir ki, məqsəd oktyabrın 7-dək şəhərdəki bütün mülki əhalini mərkəzi və ətraf bölgələrdəki qaçqın düşərgələrinə köçürmək, ardından isə HƏMAS üzvlərinə qarşı qurudan hücum başlamaqdır.
Qəzzada baş verən soyqırım sona çatana qədər mübarizəmis davam edəcək. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal Prezidenti Usman Sonko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və bu ərazinin nəzarətini bölgədə təhlükə yaratmayan və yerli əhaliyə yaxşı həyat təmin edə biləcək ərəblərdən ibarət qüvvələrə vermək istəyir. Bu barədə Netanyahu Netanyahu “Fox News” telekanalına müsahibəsində danışıb.
Plan, İsrail qüvvələrinin hələ nəzarət etmədiyi, xüsusən də Qəzza şəhərinin xarabalıqları ətrafındakı sıx məskunlaşmış bölgələrə irəliləməsini və orada yaşayan fələstinli mülki şəxslərin cənub sahilindəki artıq dolu olan çadır düşərgələrinə məcburi köçürülməsini nəzərdə tutur. Analitiklər bu hərəkətin bölgədə humanitar vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.