İsrail ordusu səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hava hücumları təşkil edib və çox sayda binanı partlayıcılarla dağıdıb. Bu hücumlar 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasının növbəti pozuntuları kimi qeydə alınıb.
#Qəzza zolağı
Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Qətər cümə günü yaydıqları birgə bəyanatda İsrail rəsmilərinin Rəfah sərhəd-keçid məntəqəsinin birtərəfli qaydada açılması və Qəza sakinlərinin Misirə yönləndirilməsi barədə açıqlamalarından dərin narahatlıq duyduqlarını bildiriblər.
İsrail Ordusu Radiosu təcili məlumat yayıb: Qəzza zolağında HƏMAS-a qarşı İsrail tərəfəindən silahıandırılan fələstinli Yasir Əbu Şəbab naməlum silahlılar tərəfindən qətlə yetirilib. Məlumata görə, hadisə bu gün Qəzzanın cənub bölgəsində baş verib. Silahlı şəxslərin kimliyi barədə hələlik dəqiq məlumat yoxdur və araşdırma aparılır. İsrail tərəfi bunun Qəzza daxilində müxtəlif qruplar arasında baş verə biləcək qarşıdurmaların nəticəsi ola biləcəyini istisna etmir. Fələstin mənbələri isə hadisənin təfərrüatlarının hələ tam aydınlaşdırılmadığını bildirir.
İsrail ordusu Qəzza Zolağının şimal və cənub bölgələrini havadan və artilleriya atəşləri ilə hədəf alıb, binaları partlatıb. Yerli şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus döyüş təyyarələri cənubdakı Rifah və Xan Yunis şəhərlərinin şərq bölgələrini bombalayıb. Bundan əlavə, şimaldakı Beyt Lahiya qəsəbəsi də hava hücumu ilə hədəfə alınıb. Bu hücumlarla eyni vaxtda Xan Yunisin şimal və şərq bölgələri də artilleriya atəşləri ilə vuruldu, helikopterdən atəş açıldı.
Cümə axşamı Tayland rəsmiləri bildiriblər ki, Qəzzadakı silahlılar tərəfindən İsrailə təhvil verilən qalıqlar 7 oktyabr 2023-cü ildə götürülən son Tayland girovuna aid olub. Tayland Xarici İşlər Nazirliyi İsrail hakimiyyətindən xəbər aldığını açıqlayıb. Bildirilib ki, çərşənbə günü geri qaytarılan girovun qalıqları Sudthisak Rinthalak-a aiddir. O, İsraildə kənd təsərrüfatı işçisi kimi çalışırdı.
ABŞ Prezidenti Donald Tramp, Qəzzadakı atəşkəs prosesinin davam etdiyini bildirərək “ikinci mərhələnin çox yaxın zamanda həyata keçiriləcəyini” söylədi. ABŞ Prezidenti Tramp, Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin gündəmə dair suallarını cavablandırıb. Tramp, Qəzzada ikinci mərhələyə nə vaxt keçiləcəyi ilə bağlı sualı cavablandırarkən prosesin irəlilədiyini vurğulayıb və “İkinci mərhələ çox tezliklə baş tutacaq” deyə qeyd edib. ABŞ Prezidenti həmçinin Qəzzada və Yaxın Şərqdə sülhün olduğunu və bu prosesi 59 ölkənin dəstəklədiyini bildirib, bunun əhəmiyyətli beynəlxalq dəstək olduğunu qeyd edib.
HƏMAS İsrail ordusunun atəşkəs razılaşmasını pozmağa davam etdiyini və geri çəkildiyi ərazilərdə məcburi köçkün mülki şəxsləri hədəf aldığını açıqladı. HƏMAS-ın sözçüsü Hazem Qassem yazılı açıqlamasında bildirib ki, İsrail ordusu atəşkəs razılaşmasını pozur, geri çəkildiyi ərazilər kimi müəyyən edilən "Sarı Xətt"in xaricindəki sığınacaqları və məcburi köçkün düşərgələrini hədəf alır.
İsrail ordusunun Qəzza Zolağında apardığı hücumlar nəticəsində həyatını itirənlərin sayı son 48 saatda 5 nəfər artaraq, ümumilikdə 70 min 117-yə yüksəlib. Qəzza Sağlıq Nazirliyi hücumlar nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları yayıb. Yayılan açıqlamaya görə, son 48 saatda birinin enkaz altından çıxarıldığı 5 Filistinlinin cəsədi və 13 yaralının xəstəxanalara çatdırıldığı bildirilib. Ateşkəsin tətbiqindən sonra isə İsrailin Qəzza Zolağındakı hücumlarında 360 nəfər həyatını itirib, 922 nəfər yaralanıb. Enkazlardan isə 617 cəsədin çıxarıldığı qeyd edilib.
Birləşmiş Millətlər Təşkilatının İnsanitar İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Jens Laerke bildirib ki, İsrail ilə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin məhdudiyyətləri səbəbindən Qəzzaya kifayət qədər humanitar yardım çatdırılmayıb. Laerke, təxminən iki aydır davam edən atəşkəs prosesinin humanitar yardımlara təsirini şərh edərkən deyib ki, humanitar yardım səviyyəsi hələ də istənilən səviyyədə deyil. O, 10 oktyabrdan bəri humanitar yardımlarda artım olduğunu, lakin hədəflərin hələ də tamamlanmadığını qeyd edib.
Ginnesin Rekordlar Kitabı (GWR) İsraili boykot etmək və ölkədən rekord ərizələrini qəbul etməmək qərarına gəlib. 12-ci kanalda yayımlanan xəbərə görə, İsrail televiziya kanalı, ölkədə böyrək donorluğunu təşviq edən bir təşkilat olan Yaşam Hədiyəsi (Matnat Chaim), "siyasi səbəblərə görə" "rekord cəhdi" üçün Ginnesin Rekordlar Kitabı Ofisinə müraciət edib. Qüdsdə iki min könüllü donor toplamalı olan tədbir üçün Dünya Rekordları Kitabına qeydiyyat üçün edilən müraciət rədd edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə qarşı tərəfin istəyi əsasında telefon danışığı həyata keçirdi. Görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Ukrayna-Rusiya münaqişəsi, həm regional, həm də qlobal məsələlər müzakirə olundu. Ərdoğan danışıq zamanı Türkiyə ilə Fransa arasındakı əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğuladı və bu məqsədlə addımların davam etdiriləcəyini bildirdi. O, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülh yolu ilə sona çatması üçün maksimum səylər göstərdiyini qeyd etdi.
İran Parlamenti Asiya Parlament Assambleyasının (APA) Siyasi İşlər Daimi Komitəsi və Fələstin Komitəsinin toplantılarına müqəddəs Məşhəd şəhərində ev sahibliyi edəcək. İki APA komitəsinin görüşləri dekabrın 3-dən 6-dək İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. Tədbir çərçivəsində Asiyanın müxtəlif ölkələrindən 15 parlament nümayəndə heyəti bir araya gələrək əməkdaşlıq təşəbbüsləri və Fələstin də daxil olmaqla əsas siyasi məsələlər üzrə müzakirələr aparacaq.