ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində "Qəzza Sülh Şurası" üçün imzaların atıldığını və bölgədə hərbi əməliyyatların sona çatdığını elan edib. Forumdakı çıxışı zamanı Tramp HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb. ABŞ lideri Qəzzada sülhün qısa müddət ərzində tam bərpa olunacağını və bölgənin yenidən qurulması prosesinə başlayacaqlarını diqqətə çatdırıb. Sülh Şurasının yaradılması ilə müharibədən sonrakı bərpa işlərinin beynəlxalq koordinasiya daxilində idarə olunması nəzərdə tutulur.
#Qəzza zolağı
İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına rəğmən Qəzza zolağının bir neçə istiqamətini hava hücumları və artilleriya atəşi ilə hədəf alıb. Şahidlərin verdiyi məlumata görə hücumlar əsasən Qəzza şəhəri, Bureyc qaçqın düşərgəsi və Xan Yunus bölgələrini əhatə edib. İsrail hərbi birləşmələri Xan Yunusun şərq hissəsinə havadan və qurudan zərbələr endirib, eyni zamanda hərbi maşınlardan mülki şəxslərə qarşı nizamsız atəş açılıb. Bureyc qaçqın düşərgəsinin şərqindəki ərazilər də intensiv hava hücumlarına məruz qalıb.
İsrail Baş Naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına qoşulmağa razılıq verib. Əvvəlcə Netanyahu ofisi bildirib ki, icra komitəsi, daxilində Türkiyə kimi regional rəqiblərin də olduğu struktur, İsrail hökuməti ilə koordinasiya olunmayıb və "siyasətimizə ziddir". İsrailin sağçı maliyyə naziri Bezalel Smotrich isə şurayı tənqid edərək, Qəzzanın gələcəyi üçün İsrailin təkbaşına məsuliyyət götürməsini tələb edib.
Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanlandığı məktubda yer alıb.
Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram.
BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında yaşayan uşaqların acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalaraq dəhşətli hesabat yayıb. Təşkilatın sözçüsü Ceyms Elderin verdiyi məlumata görə, 2025-ci ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hər gün orta hesabla bir uşaq həyatını itirir. Atəşkəs dövründə həlak olan uşaqların ümumi sayı artıq 100-ə çatıb.
İsrail ordusu 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minmiş atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hava və quru hücumlarını davam etdirir. 2026-cı ilin yanvar ayına olan son məlumatlara görə, İsrail hərbçiləri bir neçə şəhərdə strateji binaları partladıb və dinc sakinlərin yaşadığı əraziləri hədəf alıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah çərşənbə axşamı Davosda keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı çərçivəsində fələstinli həmkarı Dr. Məhəmməd Mustafa ilə görüşüb.
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığını yüksək qiymətləndirib. Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmaq üçün Ağ Evdən ayrılarkən mətbuatın suallarını cavablandıran Tramp, görüşün "çox yaxşı keçdiyini" bildirib.
Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərq hissəsində onlarla fələstinli ailə İsrail ordusu tərəfindən evlərini tərk etməyə məcbur edilib. Sakinlərin və HƏMAS rəsmilərinin verdiyi məlumata görə, bu, ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından bəri həyata keçirilən ilk məcburi təxliyə əmridir.
İsrail rəhbərliyi ABŞ administrasiyasının çağırışlarına rəğmən, Qəzza zolağının Misir ilə sərhədində yerləşən Rəfah Sınır Qapısını qapalı saxlamaq qərarına gəlib. "Yedioth Ahronot" qəzetinin yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, bazar günü axşam saatlarında toplanan İsrail Təhlükəsizlik Kabineti sərhəd keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməməsi barədə yekdil qərar qəbul edib.
İsrailin maliyyə naziri Betsalel Smotriç Baş nazir Benyamin Netanyahunu ABŞ-ın rəhbərlik etdiyi və Donald Trampın Qəzza planını dəstəkləyən koordinasiya mərkəzini bağlamağa çağırıb. ifrat sağçı nazir Kiryat Qat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) dərhal ləğv edilməsinin vaxtının çatdığını bildirib. Smotriç bu mərkəzdə təmsil olunan Britaniya və Misir kimi ölkələrin İsrailə qarşı düşmən mövqe tutduğunu və ölkənin təhlükəsizliyinə zərbə vurduğunu iddia edərək onların qurumdan kənarlaşdırılmasını tələb edib. Qeyd edək ki, sözügedən mərkəz ötən ilin oktyabrında Trampın Qəzza müharibəsini bitirmək planı çərçivəsində humanitar yardımları və müharibədən sonrakı planlaşdırmanı idarə etmək üçün yaradılıb.